Gəncədə 12 yaşlı oğlanı maşın vurdu 

10:14 12.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yolu keçmək istəyən 2009-cu il təvəllüldü Ağayev Kamal İman oğlunu vurub.

Yeniyetmə dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirlir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.